Bazar ertəsi , Sentyabr 28 2020
Ana səhifə / Aktual / Kənddə kitabxana məsələsi: Prezidentin sərəncamından 6 ay ötüb keçdi…

Kənddə kitabxana məsələsi: Prezidentin sərəncamından 6 ay ötüb keçdi…

Xəbər verildiyi kimi bu ilin yanvar ayından Azərbaycanda Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün kitabxanalar ləğv edilib. Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqındafərmanına əsasən nazirliyin fəaliyyətinin optimallaşdırması, strukturunun və idarə edilməsinin daha da təkmilləşdirməsi nəzərdə tutulur. Kitabxanaların ləğvi də onların daha təkmil formada yenidən təşkil edilməsi məqsədini daşıyırdı.

Belə ki, sənəddə Mədəniyyət Nazirliyinin tabeliyində yeni, ölkənin bütün ərazisini əhatə edəcək mütərəqqi kitabxana sisteminin yaradılması məqsədilə təkliflər hazırlamaq üçün Komissiyanın yaradılması nəzərdə tutulurdu. Komissiya beynəlxalq təcrübəni nəzərə almaqla təkliflərini altı ay müddətində hazırlayıb prezidentə təqdim etməli idi. Fərmanın imzalanmasından altı aydan çox vaxt keçir, ölkədə yeni kitabxana sisteminin yaradılması ilə bağlı vəziyyət nə yerdədir?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov virtualaz.org-a açıqlamasında bildirdi ki, artıq təkliflər hazırlanıb və təsdiq üçün prezidentə təqdim olunub: “Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmana uyğun olaraq bütün təkliflər göstərilən müddət ərzində hazırlanıb və təsdiq olunmaq üçün təqdim olunub. Fərmanda nəzərdə tutulan nazirliklərin iştirakı ilə təhlillər aparılıb, layihələr hazırlanıb. Amma hələ təsdiq olunmadığına görə detalları açıqlaya bilmirəm. Yəqin ki, yaxın günlərdə təsdiqlənəcək və ictimaiyyətə bu barədə məlumat veriləcək”, – nazirliyin şöbə müdiri bildirib.  

Mədəniyyət naziri Əbülfəs Qarayev də bir neçə gün əvvəl mətbuata açıqlamasında kitabxana və klubların idarə olunması istiqamətində keçirilən islahatlara toxunmuşdu və bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihənin hazırlandığını bildirmişdi.

Xatırladaq ki, indiyə qədər Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanalar ölkədə yeni kitabxana sistemi formalaşanadək öz fəaliyyətlərini davam etdirəcəklər.

Həmçinin oxuyun

Ermənistan qocaları da döyüş üçün toplamağa məcbur oldu…-FOTOLAR

Düşmənin dünənki son təxribatlarına cavab olaraq Milli Ordumuzun genişmiqyaslı əks-hücum tədbirləri nəticəsində qısa müddətdə on …