Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kənan M.M Vüqarın döyülməsindən danışdı

Kənan M.M Vüqarın döyülməsindən danışdı

Rejissor Kənan Mahmudov (MM) “Yeni ulduz” müsabiqəsinin qalibi, müğənni Vüqar Muradovun Moskvada döyülməsinə münasibət bildirib.

Sivil.az xəbər verir ki, Mahmudov bu barədə sosial şəbəkədəki profilində yazıb:

“Hazırda vətəndən uzaqdayam. Vüqarın başına gələnlərə həqiqətən, çox üzüldüm. Allah şahiddir ki, kimsə mənim düşmənim ola bilər, amma mən mən heç kimin düşməni deyiləm. Allah köməyi olsun. Heç kim sabah başına nə gələcəyindən xəbərdar deyil. Allah ailəsinə səbr versin. İnşallah, bir də belə üzücü hadisələrlə qarşılaşmaz. Çünki burada sevinəcək heç bir şey yoxdu. Hamının səhvi ola bilər. Əsas səhvi başa düşüb, üzr istəməkdi. Allah hər iki tərəfin yardımçısı olsun. Vətənin o başı, bu başı olmaz. Hər tərəf Azərbaycan”.

Qeyd edək ki, “Ulduzların döyüşü” telelayihəsindən sonra bu iki şəxs arasında gərginlik yaranmışdı. Hətta Mahmudov Muradovun şikayəti əsasında bir neçə saat polis idarəsində saxlanılmışdı.

 

 

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın