Şənbə , Aprel 20 2024
Ana səhifə / Kənan M.M. “Maşın-şou”dan danışdı: “Mənə daş atanlara…”

Kənan M.M. “Maşın-şou”dan danışdı: “Mənə daş atanlara…”

“Maşın-şou”nun qalmaqallı iştirakçısı Kənan M.M. proqram haqda danışıb.

Musavat.com saytına açıqlama verən rejissor bildirib ki, oyunda heç kimin xətrinə dəyməyib:
“Bəziləri deyir ki, “Maşın-şou”da maskalar cırıldı. Bu fikir xoşuma gəlmir. Guya, oraya gələnlər bir-birini tanımırdı? Oyundan öncə də hamımız kənarda tanış idik. Mənim üçün önəmli olan şey utanmaqdır. Bir-birinin üzünə baxmaq məqamı gəldikdə mənim üzüm ağdır. Heç kimin xətrinə dəyməmişəm, qəlbini qırmamışam. Heç kimin də başı üçün deyil ki, “Kənanı şoudan mən kənarlaşdırmışam” desin. Mən reklam arasında baxdım, səs faizim çox idi. Burada əqidə məsələsi var. Orada da dedim ki, maşın aramızı poza bilməz. Mənə maşındansa, insanlar lazımdır. Hər xoşagəlməz sözdən sonra kiminləsə münasibəti pozsam, ətrafımda adam qalmaz. Yeri gələndə susmaq lazımdır”.

O, iştirakçılarla hazırda olan münasibətindən də danışıb:

“Münasibətlərimiz əvvəlkindən də yaxşı olacaq. Mənə daşa atanlara mən gül ilə gedirəm. Mən problem yaşamağı sevən insan deyiləm. Hamıya uğurlar arzulayıram. Orada baş verənlərin çoxunu tamaşaçı bilmir. Proqramda biri danışanda digəri arxada oynamamalıdır (Səidə Sultanı nəzərdə tutur).

Rejissor aktrisa Tunay Əliyevanın Kənanla Pərvinin bir-birinə bacı-qardaş deməsini tənqid etməsinə münasibət bildirib: “Bəzi insanlara cavab verməmək lazımdır. Allah onu hidayət etsin, kömək olsun. Bəzi insanlarla mübarizə apara bilmərik. Onlarla mübarizə aparmaq üçün onlar kimi olmalıyıq. Onlar kimi deyiliksə, bir addım öndəyik”.

Kənan təqdim etməyə hazırlaşdığı iki filmdən də bəhs edib: “Biri “Gecə qonağı-2”, digəri komediya janrında olan filmdir. Komediya janrında çəkdiyim film sənət əsəri deyil. Gəlir əldə edilməsi üçün ərsəyə gəlib. Çox təəssüf ki, mən də belə bir film çəkdim. Tamaşaçıları məni sındırdığı üçün təbrik edirəm.

“Gecə qonağı 2” filminə isə indiyə kimi çəkdiyim ekran işlərinin şah damarı deyə bilərəm. Bu elə bir işdir ki, ona güvənirəm. Rahatlıqla xaricdə nümayiş etdirib, “biz çəkmişik” deyə bilərik”.

Rejissor filmlərin büdcəsinə də toxunub: “Büdcə yaralı yerimizdir. Tamaşaçıya filmin büdcəsi lazım deyil. 1 saat yarım izləyir və elə bilir ki, bu müddətə də film ərsəyə gəlib. Medalyonun digər üzünü görmürlər. Yaxşı filmə milyonlarla vəsait xərcləmək lazım deyil. Əvvəla, hekayə yaxşı olmalıdır. Məndə isə bu var idi“.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın