Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Aktual / Kəmaləddin Qafarov dövlətin qanunlarına TABE OLMUR? – TƏFƏRRÜAT

Kəmaləddin Qafarov dövlətin qanunlarına TABE OLMUR? – TƏFƏRRÜAT

Deputat Kəmaləddin Qafarova məxsus olduğu deyilən “Azəri Med” Qapalı Səhimdar Cəmiyyəti barəsində yenidən məhkəmə iddiası qaldırılıb.

AZINFORUM.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Belə ki, şirkət yenidən gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Azəri Med” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub.

Qeyd edək ki, fevral ayında da şirkət eyni qayda pozuntusu ilə məhkəməyə verilmişdi. Həmin hadisə ilə bağlı, şirkətdən bildirilib ki, bu nadir halda baş verən bir xətadır. “Azəri Med” rəsmisi problemin daşıma şirkətinin məsuliyyətsizliyi ucbatından irəli gəldiyini iddia edib.

Amma şirkətin nadir saydığı hadisə yenidən baş verib.

Xatırladaq ki, “Azəri Med” firması Azərbaycanda 170-dən çox apteklər şəbəkəsinə məxsusdur. 2018-ci ildə əczaçılıq fəaliyyəti ilə məşğul olan “Shafran” və “Avestafarm” MMC-lər ləğv edilərək “Azəri Med”ə birləşib.

Həmçinin oxuyun

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olundu

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini …