Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Kəmaləddin Heydərovun oğlu 15 milyona baza alır – Ronaldinyo planı

Kəmaləddin Heydərovun oğlu 15 milyona baza alır – Ronaldinyo planı

“Qəbələ”nin prezidenti Tale Heydərov “Əlincə”nin bazasını almağa hazırlaşır.
Azinforum.az xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, klub prezidenti 15 milyon manat qiyməti olan stadionu və digər tikililəri, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır.
Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılaşmaq başlıca hədəfdi. Fövqəladə hallar naziri Kamaləddin Heydərovun oğlu bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.
Məqsəd kompleksi Ronaldinyonun adını daşıyacaq futbol akademiyasının ixtiyarına verməkdi.

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …