Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Kəmaləddin Heydərova çətin sual

Kəmaləddin Heydərova çətin sual

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məzahir Həsənov Moderator.az vasitəsi ilə Taekvondo Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərova bəzi sualları ünvanlayıb. M.Həsənovun Azərbaycan Taekvondo Federasiyasında baş verən proseslərlə bağlı məlum yazısını oxuculara təqdim edirik:
“Azərbaycan taekvondo məktəbi həqiqətən də yarandığı gündən indiyədək uğurlu və şərəfli bir yol keçib. Bu yolda uğurlarda olub, uğursuzluqlar da. Ancaq indiki qədər Azərbaycan taekvondosu üçün təhlükəli və peşəkarlığdan uzaq bir idman siyasəti həyata keçirilməyib. Elə bir siyasət ki,onun gələcəyi sadəcə “sabun köpüyü”nə bənzər uğurlardan, yadelli idmançı və məşqçilərin hegemonluğundan, Azərbaycanlı idmançıları məhv etmək missiyasını həyata keçirməkdən ibarətdir ki, bu da acı nəticələrini hələ uzun zaman bizlərə unutdura bilməyəcəkdir.
Azərbaycan taekvondosunda artıq Azərbaycanlının söz demək haqqı qalmayıb. Federasiya rəhbərliyinin uğur qazanmaq arzusu o qədər vahimə yarada biləcək həddə çatıb ki, onlarda zərrə qədər milli ruh, milli təssübkeşlik hissləri qalmayıb. Onları sadəcə bir şey maraqlandırır, kimin, hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq yalnız medal qazanmaq. Bu ele bir təhlükəli tendensiyadır ki, onun vurduğu və vura biləcəyi acı nəticələri, onlardan sonra aradan qaldırmaq üçün bəlkə illərlə zəhmət lazım olacaq. Zədələnmiş milli ruhun, hisslərin bərpası mümkün olacaqmı,b unu bu siyasəti həyata keçirənlərdən soruşmaq daha düzgün olardı.
Adətən mövcud olan ədalətsizliyi aradan qaldırmaq mümkün olmayanda insan öz hisslərinə qapılaraq deyir-“bu necə ölkədir” ki, haqqsızlığı hamı görür, ancaq kimsə onu aradan qaldırmağa cəhd etmir. Bu gün Taekvondomuzdakı vəziyyət bax belədir.
Azərbaycan Taekvondosunda İran faktoru bizləri düşündürən əsas məsələ olmalıdır. İranlı Rza Mehmandost mələk simasına (Taekvondo Federasiyasının rəhbərliyi yanında) girərək, atalar demişkən”pambıqla”baş kəsməklə məşğuldur. Kəsdiyi başlar nə iranlıdır, nə də rus. Sahibsiz və köməksiz Azərbaycanlı idmançılardır. Kimdir onlar. Baxın və tanıyın, o uşaqlar ki, Azərbaycan adlı məmləkət üçün canını, qanını verən vətən övladlarıdır. O uşaqlar Azərbaycan Taekvondo məktəbinin yetişdirdiyi və hər zaman qürur duyduğu idmançılardır. Natiq Abdullayev (54 kq) Əli Axundov(63kq) Fariz Əliyev (63 kq)Xəyal Musayev(68 kq)Daşqın Hacıyev(74kq) (Elvin Məmmədov 74kq) İlkin Şahbazov, Hüseyin Mehrəliyev,Mikayıl Əliyev ,Seyidəzim Bədirxanlı(80 kq) Bayraməli Vəliyev(87 kq) Ceyhun Həsənli(87+).Onları kimlər əvəz edir-Radik İsayev,Sina Behrami,Beqri Heçeqani. Əhsən o şəxslərə ki, öz vətəninin övladına deyil, əcnəbilərə bel bağlayır.
Taekvondo federasiyası rəhbərliyi görəsən ayda 10 min manatdan çox əməkhaqqı verdiyi,”quş südü” ilə bəslədiyi İranlı Rza Mehmandostdan soruşurmu, ağayi Rza, sən İran milli komandasının baş məşqçisisən, yoxsa Azərbaycanın? İranlını burda yetişdirib İrana köməkmi göstərmək istəyiriksə deyin bilək.
Niyə Rza Mehmandost cəmi 7-8 nəfərə məşq keçir, niyə millidə Azərbaycan çempionları yer almır, nədən azərbaycanlı idmançılar milli deyilən komandanın şərəfli adını daşımaqdan məhrum edili? Nədən Nağı Səfərov yarıtmaz oyunları ilə Azərbaycanlılara Kəmaləddin Heydərovu Azərbaycanlı idmançıların qənimi kimi tanıtmaq yolunu tutur? Əgər Nağı Səfərovun Kəmaləddin Heydərova qarşı düşmənçilik niyyəti varsa, onu azərbaycanlı övladlarımızı məhv etməklə deyil, əlində olduğu digər səlahiyyətləri vasitəsilə həyata keçirsin.
Mən də bir jurnalist kimi,buradan hörmətli Kəmallədin Heydərovdan soruşuram. Siz bu ölkədə İranlı RzaMehmandosta,Sina Behramiyə, Beqri Herçeqaniyə, Radik İsayevə daha çox önəm verirsiniz, yoxsa Ceyhun Həsənliyə və onun kimi öz torpağında fars terroruna qurban verilmiş digər azərbaycanlılara? Sizə Azərbaycanlı övladlarımız əzizdirsə buyurun onlara sahib çıxın.
Cənab nazir. Taekvondomuzda qazanılan qələbələr müvəqqətidir.Hər zaman legioner gətirib milli komanda formalaşdırmaq siyasətinin sonu yoxdur. Bizim övladlar o legionerlərdən zəif deyil, onlardan hər zaman üstün və layiqlidirlər.
Biz bilirik və əminik ki,sizin Taekvondo Federasiyasının Prezidenti kimi bu iyrənc oyunlardan xəbəriniz yoxdur. İranlı RzaMehmandostun qurbanına çevrilmiş və millidən kənarlaşdırılan idmançılarımızı bir araya yığıb, onların dərdlərini dinləməyinizin vaxtıdır. Əks halda iranlıların “sabun köpüyü”nə bənzər uğurları Taekvondomuzun süqutunu sürətləndirəcəkdir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın