Şənbə , İyul 20 2019
Ana səhifə / Aktual / KƏMALƏ AĞAZADƏNİN SIĞINACAĞINDAN ŞİKAYƏT: ” UŞAQLARIM QOTUR XƏSTƏLİYİNƏ YOLUXUB”

KƏMALƏ AĞAZADƏNİN SIĞINACAĞINDAN ŞİKAYƏT: ” UŞAQLARIM QOTUR XƏSTƏLİYİNƏ YOLUXUB”

Vətəndaş Teymurova Nüranə  Azinforum.az İnformasiya Portalına şikayət məktubu ünvanlayıb. Şikayətçi Azərbaycan Uşaqlar Ictimai Birliyinə məxsus sığınacaqdakı vəziyyətdən söz açıb. Yazıda adları çəkilən şəxslərin cavab haqqını tanımaq şərtilə həmin müraciəti dərc edirik:

“Mən Teymurova Nuranə  bildirirəm ki,  2015- ci ilin noyabr ayında uşaqlarımla birlikdə  Azərbaycan Uşaqlar Ictimai Birliyinə məxsus sığınacağa yerləşmişik. Sığınacağa gəlməyimin səbəbi Kəmalə Ağazadənin mənə məhkəmələrdə kömək edəcəyilə bağlıydı. Lakin o, mənə   kömək etmək əvəzinə pislik etdi. Mənim uşaqlarım orda qotur , göbələk xəstəliyinə yoluxdular. Bu qış boyu uşaqlar xəstə olublar. Kəmalə heç bir tədbir görmürdü. Özünə ziyan gəlməsin deyə uşaqları gizlədirdi. Sığınacaqda çox haqsızlıqlar olurdu. Hüquqlarimizdan məhrum idik. Kəmalənin orda Qəmər adli bir qadinla ünsiyyəti yaxşi idi. Ona fərqli imtiyazlar verilmişdi və həmin qadın bizim üstümüzdə ağalıq edirdi.  Uşaqlar qotur xəstəliyinə yoluxduqları üçün, onları  3 sayli dəri zöhrəvi xəstəxanasına  aparmağa məcbur oldum. Müayinə zamanı qotur diaqnozu təsdiqləndi və məlum oldu ki, uşaqlar göbələyə də yoluxublar.

 

 

Həkim sığınacağa bildirdi ki , orda bütün uşaqlar müayinə olunmalıdır. Kəmalə Ağazadə isə bu məlumatın ictimailəşməsini qəti istəmirdi. Mövzunu araşdıran telejurnalistlər sığınacağa gələn zaman mənə tapşırıldı ki, siğinacaqda qalmadığımı deyim.  Məcburculuqdan  elə də dedim.

Sığınacağa çəkiliş gələn  zaman  3-5 uşağı  saxlayıb qalanlarını  gizlətmişdilər. Hal-hazırda 11 yaşli Mişa adli  bir uşaq talasemiya xəstəliyindən əziyyət çəkir. Bir sözlə, sığınacaqdakı vəziyyət çox açınacaqlıdır. Ora ayrılan ərzaq təyinatı üzrə sərf olunmadığı üçün, biz çox vaxt ac qalırdıq. Mən bu faktı ictimailəşdirdiyim səbəbindən hazırda iki uşağımla birlikdə Kəmalə Ağazadənin göstərişinə əsasən sığınacağa buraxılmıram. Əlaqədar qurumların həmin sığınacaqla bağlı araşdırma aparmasına ehtiyac var. 

 

u2

 

Qeyd edək ki, şikayətçi redaksiyamıza sığınacaqla bağlı başqa sensasiyalı faktları da təqdim edib. Həmin materialları birtərəfli qaydada dərc etmək istəmədiyimiz üçün, qarşı tərəfin də mövqeyini öyrəndikdən sonra, obyektiv yazı təqdim edəcəyik.

 

u3

u4

u6

u7

 

ÇİNARƏ SEYİDOVA

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Mediada ailə, qadın …

Bir cavab yazın