Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş bölgələrimizdə yenidənqurma işləri başlayıb. Bu çərçivədə Kəlbəcərə də elektrik enerjisinin verilməsi üçün “Azərişıq” ASC tərəfindən intensiv işlər aparılır. Bu günlərdə Kəlbəcər rayon mərkəzində ilk dəfə işıqlar yanıb və bu işi görən energetiklər tarixi hadisəni rəqs etməklə qeyd ediblər. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.
