Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Kəlbəcərdə erməni restoranı yanıb kül oldu- Ömər aşırımı yaxınlığında…-FOTOLAR

Kəlbəcərdə erməni restoranı yanıb kül oldu- Ömər aşırımı yaxınlığında…-FOTOLAR

Əsgərliyə çağırılan dığaların andiçmə mərasimlərində valideynlər burada yeyib-içirdi…

Azərbaycanın 27-ci ildir, işğal altında qalan Kəlbəcər rayonu ərazisindəki ermənilərin  süləndiyi restoranlardan biri alovlara qərq  olub.

Moderator.az xəbər verir ki, fotojurnalist Qaqik Şamşyanın yaydığı məlumata görə, Murovdağ silsiləsinin Ömər aşırımı yaxınlığında yerləşən “Omari Pass” restoran kompleksində yanğın martın 9-dan 10-a keçən gecə saat 01:00-01:30 radələrində baş verib. Yanğınsöndürənlər yalnız 2 saatdan sonra gəlib. Buna qədər restoran işçiləri və sakinlər yanğını söndürməyə çalışsalar da, bu mümkün olmayıb.

Jurnalistin sözlərinə görə, bu restoran kompleksinin müdiriyyəti ermənilər arasında “xeyirxah addımlarıyla” tanınıb. Ona görə ki, yenixə əsgərliyə çağırılan dığaların andiçmə mərasimlərində valideynlər burada yeyib-içir istirahət edirdi…
Xatırladaq ki, 1993-1994-cü ilin qışında Murovdağ, eləcə də Ömər aşırımı uğrundakı döyüşlərdə yüzlərlə Azərbaycan əsgəri düşmən gülləsindən və donvurmadan şəhid olub…

Həmçinin oxuyun

Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb

Qarabağdakı rusiyalı sülhməramlıların rəhbəri, general-leytenant Rüstəm Muradov itkin düşmüş sayılan erməni hərbçilərin valideynləri ilə görüşüb. …