Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib – VİDEO

Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib – VİDEO

Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib. 

TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsi zamanı mülki əhalinin təhlükəsiz və mütəşəkkil köçürülməsini təmin etdilər”, – məlumatda bildirilib. 

Qeyd edək ki, Kəlbəcərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən həyata keçirilib. 

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …