Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Jurnalistlərin fəaliyyətinə də icazə veriləcək

Jurnalistlərin fəaliyyətinə də icazə veriləcək

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək fəaliyyətinə icazə verilən şəxslər siyahısına kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri də daxildir.

Azinforum.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarda yer alıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları da “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …