Bazar , Yanvar 24 2021
Ana səhifə / Aktual / Jurnalistlər üçün inşa olunmuş binadakı mənzillərin açarları sahiblərinə təqdim edilib – FOTO

Jurnalistlər üçün inşa olunmuş binadakı mənzillərin açarları sahiblərinə təqdim edilib – FOTO

Bu gün media nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib.

Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə mənzillərin açarlarının verilməsinin gecikməsinə toxunan V. Səfərli deyib ki, istismar aktı olmadan binada yaşayışın olması mümkün deyildi: “Bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkətin adınadır. Jurnalistlər özləri “Asan kommunal”da qaz kartlarını öz adlarına keçirə bilərlər”.

Jurnalistlərə mənzillərin açarlarının təqdim olunmasını mühüm hadisə kimi dəyərləndirən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsinin təəssüf doğurduğunu vurğulayıb. Media siyasətinin uğurlu nəticələrinin ortada olduğunu vurğulayan Ə. Həsənov mənzillərin jurnalistlər üçün xeyirli, uğurlu olmasını arzulayıb.

Daha sonra mənzillərin açarları jurnalistlərə təqdim edilib.

Jurnalistlər üçün inşa olunmuş binadakı mənzillərin açarları sahiblərinə təqdim edilib

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …