Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / Jurnalistlər gözləyir… – 3-cü binadakı mənzillər nə zaman paylanacaq?

Jurnalistlər gözləyir… – 3-cü binadakı mənzillər nə zaman paylanacaq?

Jurnalistlər üçün tikilən 3-cü bina ilə bağlı məsələ hələ də tam aydınlaşmayıb.

Bina hazır olsa da, mənzillərin jurnalistlərə nə zaman və hansı şərtlərlə veriləcəyi məlum deyil.

Bundan əvvəl tikilən iki binadakı mənzillər 22 iyul Milli Mətbuat günü ərəfəsində jurnalistlərə təqdim olunub. Ancaq bu il tikintisi başa çatdırılan 3-cü bina ilə bağlı vəziyyət fərqlidir.

Məlumatlara görə, həm pandemiya, həm də 4 apreldə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyndəki dəyişiklik prosesi yubadıb.

Belə ki, Vüqar Səfərli Fondun İcraçı direktoru vəzifəsindən azad olunub, bu vəzifəyə Əhməd İsmayılov təyin edilib. KİV DF-də rəhbər dəyişikliyindən sonra jurnalistlərə əvvəl verilən mənzillərlə bağlı araşdırma başlayıb.

İyun ayında KİV DF-nin əvvəlki rəhbərliyinin vaxtında görülən işlərlə bağlı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi açılıb. İddia olnur ki, 3-cü binadakı mənzillərin jurnalistlərə verilməsi pandemiyann yaratdığı epidemioloji vəziyyətdən başqa, həm də əvvəlki binalarla bağlı yaranan problemlərə görə ləngiyir.

Belə bir vəziyyətdə mətbuat nümayəndələri növbəti “Jurnalist binası”ndakı mənzillərn paylanacağı günü gözləyir.

Məsələnin nə yerdə olduğunu öyrənmək üçün KİVDF-nin mətbuat katibi İlkin Nadirovla əlaqə saxladıq. İlkin Nadirov Cebhe.info-ya açıqlamasında 3-cü bina ilə bağlı heç bir yeniliyin olmadığını dedi:

“Hələlik bununla bağlı heç bir yeni məlumat yoxdur. Yeni məlumat olan kimi ictimaiyyətə məlumat veriləcək”.

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …