Cümə , Oktyabr 18 2019
Ana səhifə / Aktual / Jurnalistlər balaca Zəhranı xilas etmək üçün yardım kampaniyasına başlayıblar

Jurnalistlər balaca Zəhranı xilas etmək üçün yardım kampaniyasına başlayıblar

Jurnalistlər binasının sakinləri bu günlərdə xeyriyyə aksiyası keçiriblər.
 Bu barədə Analoq.az-a tanınmış jurnalist Elçin Bayramlı məlumat verib. 
Jurnalist qeyd etdi ki, yardım kampaniyası bir xəstə uşağın müalicəsinə, həmçinin normal qidalanmasına və paltarla təmin olunmasına kömək üçün başladıldı. 
Jurnalistlər də bu kampaniyaya fəal şəkildə qoşulublar: “Bir neçə gün əvvəl jurnalistlər üçün insa edilniş binaların həyətində zibil yeşiyindən çörək, polietilen, plastmas qablar toplayan bir qadın və azyaşlı uşaq gördük. Yaxınlaşıb söhbət etdikdə məlum oldu ki, qadın işsizdir, bu sellofan paketləri toplayaraq qəpik-quruşa satır və onunla dolanırlar. Altı yaşlı qızı Zəhranın isə müxətlif xəstəlikləri var, vəziyyəti pisdir təcli müalicə olunmalıdır.Maddi imkan olmadığından müalicə oluna bilmir. Həkim müalicəsinin bir neçə günə başlamayacağı təqdirdə uşağın çox ağır vəziyyətə düşəcəyini deyib. 
Bir ay əvvələ kimi Qaradağ rayonu Puta qəsəbəsində yaşadıqları evin kirayə haqqını verə bilmədikləri üçün o evdən çıxıblar. Ev sahibinə 360 manat borcu olduğundan anaya və uşağa aid olan əşyalar, paltarları götürə bilməyiblər. Hal-hazırca kirayə qaldıqları evdə heç bir əşyaları, paltarları yoxdur. Qadın bir nazik donda, qız isə ayağı corabsız, nazik şortik və maykada gəzirdi. Məktəb yaşlı olmasına baxmayaraq Zəhra xəstəlikdən və yoxsulluqdan bu il məktəbə gedə bilməyib”.
Jurnalist qeyd etdi ki, bu barədə binalarda yaşayan jurnalistlərlə məsləhətləşiblər və yardım kampaniyasına başlayıblar: “Yardım kampaniyasına qoşulan həmkarlarımız xeyli geyim, ərzaq ,ev əşyaları toplayıb sözügedən ailəyə verildi. Azyaşlı Zəhrada pnevmaniya var, ağzı üzü yara töküb, qlandaları şişib çirk verirdi. Uşağı müayinə etdirdik, yazılan reseptlərdəki bütün dərmanları aldıq. Bu gün verilən əlavə analizlərdə talessemiya riski də yüksək çıxıb. Dəqiqləşdirmək üçün Qan İnstituna göndərilib”.
Elçin Bayramlı bununla kifayətlənməyərək ailənin əvvəlki evdə qalan əşlarını və palytarlarını ala bilmək üçün onların Puta qəsəbəsində qaldığı evə getdiklərini bildirdi: “Jurnalist həmkarım Savalan Talıblıyla birgə ora üz tutduq. Lakin 3 aylıq kirayə borcu qaldığı üçün ev sahibi pulu almamış onları vermək istəmirdi. Qaradağ rayon Bələdiyyəsinin sədri Namizəd İsmayılovla göruşüb bu problemin həllinə kömək göstərməsini xahiş etdik. Namizəd müəllim də bu məsələni həll etdi, əşyaların daşınması üçün yük maşını və fəhlələr ayırdı, əlavə olaraq ailəyə öz şəxsi vəsaitindən maddi yardım göstərdi. 
Beləliklə, ailənin bütün əşyalarını, paltarlarını, qab-qacağını daşıyıb gətirdik 20-ci sahədə qaldığı evə.
Bu xeyirxah işdə əməyi olan hər kəsə- jurnalist dostlarımıza , Qaradağ rayon bələdiyyəsinin sədri Namizəd müəllimə, eləcə də daşınma işlərində böyük kömək göstərən Puta qəsəbə bələdiyyəsinin nümayəndəsi Zaur müəllimə dərin təşəkkürümüzü bildiririk. 
Azyaşlı Zəhraya və onun anasına qismən də olsa kömək edə bildik. Uşağı kritik vəziyyətdən çıxardıq. Xeyli ərzaq və geyimlə təmin etdik. Lakin balaca Zəhranın bir neçə xəstəlikdən müalicəsi davam etməlidir. 
Əlavə olaraq, sabah aşkarlanma riski son dərəcə yüksək olan talessemiya analizinin də cavabı məlum olacaq. İmkanlı şəxslərdən, xeyriyyə fondlarından bu uşağın müalicəsinə kömək etmələrini xahiş edirəm”.

Jurnalistlər balaca Zəhranı xilas etmək üçün yardım kampaniyasına başladılar
Jurnalistlər balaca Zəhranı xilas etmək üçün yardım kampaniyasına başladılar
Jurnalistlər balaca Zəhranı xilas etmək üçün yardım kampaniyasına başladılar
Jurnalistlər balaca Zəhranı xilas etmək üçün yardım kampaniyasına başladılar
Jurnalistlər balaca Zəhranı xilas etmək üçün yardım kampaniyasına başladılar
Jurnalistlər balaca Zəhranı xilas etmək üçün yardım kampaniyasına başladılar
Jurnalistlər balaca Zəhranı xilas etmək üçün yardım kampaniyasına başladılar

Həmçinin oxuyun

Xaricdə yaşayan azərbaycanlılara çağırış: Təxribatlara uymayın!

Avropadakı anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı çağırışı bu qitədə fəaliyyət göstərən diaspor təşkilatlarının hiddətinə …