Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Jurnalistin qətlində Rusiya günahlandırılır

Jurnalistin qətlində Rusiya günahlandırılır

“Rusiyalı jurnalist Arkadi Babçenkonun qətlində Rusiya günahkardır”.

APA-nın “BBC”ə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna baş naziri Vladimir Qroysman şəxsi “Facebook” səhifəsində yazıb.

“Əminəm ki, Rusiya dürüst və prinsipial mövqeyinə görə onu bağışlamadı”,- deyə o vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Ukraynanın iddiasını rədd edərək, Moskvanın bu qətlin arxasında olmadığını bəyan edib.

Qeyd edək ki, A. Babçenko dünən Kiyevin Dnepr rayonunda odlu silahla qətlə yetirilib. Üç güllə onun ağciyərinə və ürəyinə dəyib.

41 yaşlı A. Babçenko “Moskovskiy komsomolets” və “Novaya qazeta” qəzetlərinin hərbi müxbiri olub, Rusiyanın Birinci kanalı və TV Sentr-lə əməkdaşlıq edib. Jurnalist Cənubi Osetiya münaqişəsini işıqlandırıb. O, Rusiyada özünün təhlükəsiz hiss etmədiyinə görə görə tərk edib.

Xatırladaq ki, A. Babçenko reportajlarında Rusiyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edirdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …