Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Jurnalistin evini su basıb

Jurnalistin evini su basıb

Tanınmış jurnalist Eldəniz Elgünün yaşadığı mənzildə qəza baş verib. Bu barədə Modern.az-a jurnalistin özü məlumat verib.

O bildirib ki, Bakı şəhəri, Nəsimi rayonu, Akif Məhərrəmov küçəsi bina 30 ünvanda yerləşən mənzilini su basıb və ev bərbad vəziyyətə düşüb: «Binanın su sistemi sıradan çıxıb, ev bütünlüklə su altında qalıb. Elektrik sistemi də tamamilə sıradan çıxıb. Məsələylə bağlı hansı quruma müraciət ediriksə, ötür-ötür oyunu oynayırlar. Hələ də problemin həlli ilə bağlı hər hansı tədbir görülmür».

Qeyd edək ki, sözügedən binada yerləşən bir neçə mənzildə də analoji hadisə baş verib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın