Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / JURNALİST RADAR FIRILDAĞINDAN RAMİZ ZEYNALOVA ŞİKAYƏT ETDİ: “MƏNİ ŞƏRLƏYİRLƏR”

JURNALİST RADAR FIRILDAĞINDAN RAMİZ ZEYNALOVA ŞİKAYƏT ETDİ: “MƏNİ ŞƏRLƏYİRLƏR”

Tanınmış jurnalist, Azinforum.az saytının baş redaktoru  Məhəmmədəli Qəribli DYP-dən şikayətçidi.

Bu barədə o, Facebook profilində status paylaşıb. Məsələnin mahiyyəti ilə daha dərindən tanış olmaq üçün jurnalistlə əlaqə saxladıq.

M.Qəribli Mia.az-a açıqlamasında bildirdi ki, narazılığına səbəb DYP tərəfindən ünvanına göndərilən İnzibati xətta haqqında protokol olub:

“Ayın 14-də evə gələndə Nərimanov Rayon DYP-si tərəfindən göndərilən məktubu gördüm. Tanış olandan sonra, məlum oldu ki, qardaşımın ünvanına göndərilən həmin məktub güya sürət həddini aşmaqla bağlıdı. Tarixdən gördüm ki, həmin vaxt mən ölkənin aparıcı media mənsubları üçün təşkil olunan info-turda iştirak etmək üçün Qəbələdə olmuşam və oradan öz şəxsi avtomobilimlə geri qayıtmışam. Ayın 15-i, yəni 6-cı gün Nərimanov rayon DYP-sinə getdim. Mənə izah etdilər ki, qardaşımın adına sonuncu etibarnaməni verdiyim səbəbindən Pratakol onun adına göndərilib. Aydın oldu ki, güya mən Bakı-Şamaxı yolunun 93-cü kilometrində yerləşən DYP postunun yanından 77km/saatla keçmişəm. Həmin yerdə isə sürət həddi 50-di. Təbii ki, postdan yüksək sürətlə keçməyimin mümkün olmadığını bildirdim. Başqa yer olsaydı bəlkə də razılaşardım. Qeyd edim ki, mən həmin ərazidə heç bir radara rast gəlmədim. Maşınımda olan reqistarator çəkilişlərində də orda radarın olması gözə dəymir. Mən postdan o sürətlə keçdiyimə inanmıram. Məlumdur ki, adətən DYP postuna yaxınlaşan sürücülər birmənalı olaraq sürəti yavaşıdır. Bu, məntiqlə də belədi. Şərləndiyimə əmin olduğum üçün, məsələnin aydınlaşdırılması üçün, yollandım Respublika DYP-sinə. Orda mənə dedilər ki, bu məsələni 4-cü mərtəbədə aydınlaşdırırlar: “Rəislər indi nahardadı”.

 Saat 14-30-da bir də yaxınlşadım. Telefonlarımı alıb(?) məni 4-cü mərtəbədə olan şüşəli yerə göndərdilər. Yarım saat gözlədim, şüşəli yerdə kiməsə rast gəlmədim. Baxdım ki, başqa şikayətçilər polkovnik-leytenant olan Fuad adlı adamın kabinetinə girirlər. Mən də girdim. Şikayətimi dedim. Bu adam  mənə bildirdi ki, MMX-lara baxan rəisi hazırda əvəz edir. Mənə “İndi nə istəyirsən? Mən sənin MMX-nı pozum. Elə poza bilsəm öz qohumlarımınkını pozaram. Bilirsən, nə qədər radarları var?” ,- deyə, qabaqdangəlmişlik elədi. Mən isə ona bildirdim ki, siz şikayətimi hələ dinləməmiş, mənə yol göstərməməlisiniz. Fuad müəllim dedi ki, ölkədə belə bir hadisə olmayıb ki, radarın çəkdiyi foto mübahisə predmeti olsun. Sanki mənə “az danış, get cəriməni ödə” demək istəyirdi. Mənim bir az qanuni tələblərə danışmağımdan sonra, o, kobud formada dedi ki, “get DİN-ə şikayət et!””.

Jurnalist bildirir ki, bir gün ərzində o, dərdini dinləyən DYP rəsmisi tapa bilməyib:

“Sanki çəkilən şəkili biz Quran ayəsi olaraq qəbul etməliyik. DYP-nin həyətindəki şikayətçilərlə söhbət edəndə mənə məlum oldu ki, sən demə, 93-cü kilometrin rəisi arxalı bir adamdı və ordan keçən əksər maşınlara radar “nəziri” gəlir və DYP rəsmiləri oradan olan şikayətləri qulaq ardına vururlar. Prosesi də belə izah etdilər ki, üçayaqlı radarlar vasitəsilə bu əməliyyat həyata keçirilir. Həmin radarlar isə posta yox, bir qədər kənarda quraşdırılır. Yəni, postdan sonra 50 sürət limiti qurtaranda, təbiidir ki, sürüət qaldırılır və bu da tam qanunidi. Bax,onda gizlədilmiş radar sürücüləri çəkir.

Mən üzümü DYP rəisi cənab Ramiz Zeynalova tuturam və ondan xahiş edirəm ki, mənim qaydanı pozmağım daha möhtəbər sübutlarla mənə təqdim edilsin. Tam əminliklə deyirəm ki, mən 14 ildi maşın sürürəm hələ bir dəfə də olsun sürət həddini aşmaqla bağlı barəmdə tənbeh görülməyib. Mənə təqdim edilən fotoda yalnız maşınımın nömrəsi görünür. Bu da mənə sübut kimi kifayət etmir. İlk olaraq bu məsələnin DYP səviyyəsində araşdırılmasını istəyirəm. Tədbir görülməsə, DYP-yə qarşı məhkəmə iddiası qaldırmağa məcbur olacam”.

Şikayətlə bağlı DYP-nin də mövqeyini dinləməyə hazırıq.

pr1

 

rad

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın