Ana səhifə / Jurnalist Qurbanova içki hədiyyə etdi

Jurnalist Qurbanova içki hədiyyə etdi

Sabah “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.

Bu gün “Azərsun Arena”da təmsilçimizin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Tədbirdə Gürcüstandan gələn jurnalistlərdən biri Qurbanovu Azərbaycan dilində salamlayaraq gətirdiyi hədiyyələri ona təqdim edib. O, məşqçiyə qələm, gürcü çaxırı və qədəh verib.

Qurbanov hədiyyəyə görə təşəkkür edərək və içki içmədiyini jurnalistin diqqətinə çatdırıb.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın