Bazar , Yanvar 24 2021
Ana səhifə / Aktual / Jurnalist mərhum Heydər Əliyevi belə andı

Jurnalist mərhum Heydər Əliyevi belə andı

Tarixdə görkəmli siyasət,tarixi şəxsiyyət və dövlət adamları çox olmuşdur.Belə adamlar öz əməlləri ilə yadda qalmış və unudulmamışlar.
​ Belə tarixi şəxsiyyətlərdən biri də xalqımızın ümumimili lideri Heydər Əliyevdir.Milli lider səviyyəsinə yüksələn ulu öndər ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanı bütöv bəlalardan qurtardı.Bu tarixi qayıdışla bağlı Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev demişdir:”Hesab edirəm ki,Azərbaycan xalqı Heydər Əliyevi dövlətə başçılıq etməyə çağırmaqla düzgün hərəkət etmişdir”.Məhz o zaman yaradılan ictimai-siyasi sabitlik olmasaydı,bu günkü siyasi sabitlik olmazdı.
​ Bu gün Azərbaycan dünyanın bir sıra beynəlxalq təşkilatlarının üzvüdür.Dinamik iqtisadi inkişaf,siyasi sabitlik,dialoq və əməkdaşlıqa sadiqlik Azərbaycanın beynəlxalq mövqeyini xeyli güclındirir.
​1994-cü ilin sentyabrın 20-də tarixə“Əsrin müqaviləsi”kimi daxil olan neft müqaviləsinin imzalanması,1995-ci il noyabr 12-də Azərbaycan Konistitutsiyasının qəbulu məhz ulu öndər adı ilə bağlıdır.Uzun illər senzura şəraitində fəaliyyət göstərən mətbuat,Azərbaycan Respubilikası Prezidentinin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respubilikasında söz,fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün şərait yaratdı.Akademik Ramiz Mehdiyev yazır ki,”Bu fərman mətbuatın gələcək inkişafının istiqamət və perspektivliyini müəyyənləşdirdi,ölkədə çoxlu müstəqil mətbuat orqanlarının fəaliyyətə başlamasına təkan veridi”.
​Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında “Dövlət sirrri haqqında” (1996), “Mətbuat azadlığı haqqında” (1998), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühfizesi haqqında ” (1998) Azərbaycan Respblikasının qanunlarının qəbulu mətbuat sahəsində atılan mühüm addımlardan oldu. 1999-cu ilin dekabr ayında KİV haqqında yeni qanunun qəbulu və sonralar əlavələrin edilməsi Avropa Şurasının rəy və təklifləri əsasında hazırlandı.Hazirlanan hər bir qanun demokratik ölkələrin təcrübəsinə əsaslanır və KİV-in fəaliyyət mexanizmini təşkil edir.Heydər Əliyevin siyasi iradəsi nəticəsində pluralism,söz və mətbuat azadlığını məhdudlaşdıran süni manelər aradan qaldırıldı.2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi.
​ 2000-ci ilin mart ayında Prezidentin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı” təsdiq olundu. Proqrama əsasən jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi,KİV-in istifadə etdiyi rabitə,nəqliyyat,komunal xidmətlər üçün minimal xidmətlər nəzərdə tutulmuşdur.KİV-in imkişafına həmişə qayğı göstərən Prezidentin 2001-ci il20 iyul tarixi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə respublikaya gətirilən qəzet kağızına gömrük rüsumu ləğv olundu,həmçinin qəzetlərə kreditlər verilməsi qərara alındı.Prezidentin 5 sentyabr 2002-ci il tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihənin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Sahibkarlıga kömək Milli fondundan 3 milyon manat ayrıldı.Bütün bunlarla yanaşı qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları da donduruldu.Prezidentin gördüyü tədbirlər Respublikada mətbuatın inkişafına müsbət təsir göstərdi. Azərbayca milli mətbuatının yubileylərinin ölkə səviyyəsində keçirilməsidə Prezidentin mətbuata göstördiyi qayğının nəticəsidir. 2002 – ci ildə Heydər Əliyev «Jurnalistlərin dostu» mükafatına layiq görüldü. Mükafatın təqdim olunma mərasimində çıxış edən Ümummilli lider Heydər Əiyev demişdir: «Mən bu mükafatı çox yüksək qiymətləndirirəm…. layiq gördüyünüz bütün başqa mükafatlarla yanaşı, bu müakafatda öz yerini tutacaqdır. Bugünki mükafatı yüksək qiymətləndirirəm və çalışacağam ki, həmişə jurnalistlərin dostu olam. Bundan sonrada jurnalistlərə əlimdən gələn yardımı edəcəyəm». Heydər Əliyevin « jurnalistlərin dostu» seçilməsi, Prezidentin ictimai- siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun tədrincə desək bu mükafat Ümummilli liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğının məntiqi nəticəsi olmuşdur.
Müstəqil Azərbaycanın ictimai – siyası həyatının bütün sahələrində olduğu kimi mətbuat sahəsində də demokratik prinsiplərə dönmədən əməl olunur. 2003 –ci-il martın 15-də jurnalistlərin 1-ci qurultayında Mətbuat Şurasının yaradılması mətbuatın özünü tənzimləməsi prosesini uğurla həyata keçirdi. MŞ- nın yaradılmasını jurnalistlər «tarixi hadisə» kimi qiymətləndirdi. On illik təcrübə göstərdi ki, MŞ mətbuat işinin yenidən qurulmasında, jurnalistlərin peşəkarlığının artmasında onların cəmiyyətdəki mövqeyinin möhkəmlənməsində az rol oynamadı.
Daim jurnalistlərlə görüşən Ulu öndər Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət yetirir, qələm sahiblərinin əməyini yüksək qiymətləndirirdi: «Jurnalist əməyi qeyri – adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir». Mətbuat və söz azadlığının qarantı olan Uli öndər jurnalistikanı özləri üçün həyat yolu seçənlərə tövsiyyəsi belə olmuşdur: «Mətbuat, ya müstəqil mətbuat yaxud da müxalifət mətbuatı, təbiidir ki, cəmiyyətdə olan çatışmamazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə kömək etməlidir». Heydər Əliyev həmçinin jurnalistlərə məsləhət gördü ki, “yazın, amma ədalətli olun. Şayiələr uydurmalar lazım deyil”.
Reallıqlar göstərir ki, Azərbaycanda mətbuat azadlığı sahəsində mühüm addımlar atılıb. İndi qəzet, jurnal təsis etmək üçün dövlət orqanlarından icazə tələb olunmur. Hazıtrda Respublikada 4 mindən çox mətbuat orqanı uçota götürülmüş, qəzet və jurnallardan 300-ə yaxını müntəzəm, qalanları isə müxtəlif fasilələrlə işıq üzü görür. Görülən tədbirlərin nəticəsidir ki, «ölkədə güclü, müstəqil,obyektiv informasiya daşıyıcısı olan insanların informasiya almaq ehtiyacını ödəyən, onları beynəlxalq aləmdə, respublika daxilində baş vermiş hadisələrlə düzgün məlumatlandıran, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişagı dövlətin media siyasətinin əsas fəlsəfələrini təşkil edir».
Ulu öndər Herydər Əliyev milli -mənəvi dəyərlərimizə onların təbliğ olunmasına böyük əhəmiyyət verir, bu sahədə mətbuatın rolunu qeyd etməklə yanaşı,bəzi qəzetlərin mətbuat və söz azadlığından sui – istifadə etdiklərini kəskin tənqid edirdi. 2001-ci ildə Azərbaycanın dini rəhbəri Qafqaz Müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadənin ünvanına təhqirlə dolu yazının «Etimad» qəzetində dərci Prezidentin Bəyanatla çıxışına səbəb olmuş, hadisəyə kəskin etirazını bildirmişdir. Bəyanatda deyilir: «Təəssüflər olsun ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər, yaxud müstəqil qəzetlər, müxtəlif partiyalara mənsub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui istifadə edirlər. Biz qəzetlərdə çox tez-tez ayrı-ayrı insanların təhqir olunması, onların haqqında böhtanlar, yalanlar yazılmasının şahidiyik… mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatının, Azərbaycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm».
Xalqımızın ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, dövlət quruculuğu prinsiplərinə sadiq olan böyük şəxsiyyət idi. Onun xalq işinə sədaqəti, dövlətçilik təcrübəsi, polad iradəsi, natiqlik məharəti dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.
Dünyanın tanınmış siyasətçiləri bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış, görkəmli dövlət xadimi Heydər Əliyev barədə ürək sözlərini demiş, onu uca bir zirvəyə bənzətmişlər. ABŞ-ın prezidenti Corc Buş ulu öndər haqqında belə deyir: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sayəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmi, xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla Azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.
Respublikamızda güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin beynəlxalq nüfuzunun artması, müstəqil dövlətçiliyin siyasi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətlə gedir. Heydər Əliyev siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına şərait yaradılmasını öz siyasıtinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. 2005 – ci ildən başlayaraq, mətbuat orqanlarının maddi – texniki bazasının gücləndirilməsi və jurnalist əməyinin qiymətləndirilməsi məqsədilə bir sıra fərman və sərəncamlar imzaladı. 2005 – ci ilin sentyabrında «İnformasiya əldə etmək haqqında» Qanun təsdiq edildi. Həmin ilin iyulunda milli mətbuatın 130 illiyi Prezidentin sərəncamı ilə ölkə miqyasında qeyd edildi. Jurnalistlər dövlət mükafatı və fəxri adlara layiq görüldü. 2006- cı ildə qəzetlərin «Azərbaycan» nəşriyyatına olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi.
Dövlətin KİV-ə olan qayğısı təkcə bununla bitmir. 2008-ci ildə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında», eləcə də «Azərbaycan Respublikasında kütləvi İnformasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında» Prezidentin sərəncamları dövlət-mətbuat münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımdır. Konsepsiyada əks olunan məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir sıra tədbirlər həyata keçirməkdədir. 2009-cu ildə dövlət büdcəsindən Fonda 1,3 milyon manat, 2010-cu ildə isə 2 milyon manat ayrılmışdır. 2011-ci ildə Fond qəzetlərə maliyyə yardımı göstərmiş, KİV layihələrini maliyyələşdirmişdir, jurnalist yazılarını mükafatlandırmışdır.
Həmçinin jurnalistlərin mənzil-məişət problemini aradan qaldırmaq üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya vasitələrinin ihkişafına Dövlət Dəstəyi Fonduna ayrılmış vəsait hesabına 156 və 256 mənzilli iki 17 mərtəbəli bina tikilib istifadəyə verildi.
2010-cu ildə Azərbaycan milli mətbuatın 135 illiyi Prezident İham Əliyevin sərəncamı ilə Bakı da və Respublikanın bölgələrində yüksək səviyyədə qeyd edildi.
2010-cu il 22 iyulda Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi – mətbuatın cəmiyyətdəki rolunu, Mətbuat Şurasının ölkəmizdə dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsindəki fəaliyyətini yüksək qiymətləndirdi. Habelə, jurnalistlərin hüquqlarının qorunması işində öz prinsipial mövqeyini həmişə bildirməsini, ümumiyyətlə Ölkədə söz azadlığının, demokratiyanın inkişafı istiqamətində Mətbuat Şrasının çox böyük addımlar atdığını qeyd etdi. Ölkə başçısının fəaliyyəti mətbuat, söz azadlığı və plüralizm sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir. Söz yox ki, həyata keçirilən bütün tədbirlər jurnalistlər tərəfindən böyük razılıqla qarşılanır.
Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin yekununa görə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. Bu mükafat medianın inkişafında müstəsna xidmətləri olan şəxslərə, ictimai-siyasi və dövlət xadimlərinə verilir. Mükafatın təqdimat mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev demişdir: «Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini «Jurnalistlərin dostu» adına siz tərəfdən layiq görməyiniz, əlbətdə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim.
Bu anım günündə biz jurnalistlərə yaratdığı azad şərait üçün Ümummilli liderimizi sayğıyla anırıq. Ruhun şad olsun Ulu Öndər!

Əlövsət Əliyev
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …