Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Jurnalist “Azercell”i atıb, “Nar”a keçdi –  “İndi yol göstər, nömrəmi “Nar”a daşıyım”

Jurnalist “Azercell”i atıb, “Nar”a keçdi –  “İndi yol göstər, nömrəmi “Nar”a daşıyım”

Jurnalist Məhəmməd Türkmən “Azercell” mobil şəbəkəsinin iş prinsipindən narazı olduğu üçün, nömrəsini “Nar”-a daşımaq qərarını verib.  Həmkarımız bunun səbəbini “Azercell”ə yazdığı məktubda izah edib. Azinforum.az həmin məktubu təqdim edir:

“Hörmətli “Azercell”. Sənə inanıb, daha yaxşı şəbəkəyə sahib olduğunu düşünüb, xidmətlərindən baha olmasına rəğmən istifadə edirəm. Amma artıq görürəm ki, geri qalırsan. Metroda sağımda @Narofficial istifadəçisi netdə filmə baxır, mən telefonun dalğa tutması üçün qatarın “Gənclikdə” dayanmasını gözləyirəm. Həmin o 5-10 saniyəni ömrümün geridə qalan hissəsini dəyərləndirmədiyim qədər dəyərləndirirəm. Bütün bu səbəbləri göz önünə alıb, ayrılmağa qərar verirəm. Nömrə səndə qalsın, telefon məndə. Mədəni insanlar kimi ayrılaq. İndi yol göstər, nömrəmi “Nar”a daşıyım”.

Azinforum.az

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …