Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Aktual / Jurnalist “Araz Market”dən pendir aldı, kiflənmiş çıxdı: “Ayıbdır, utanın” – Qalmaqal + FOTO

Jurnalist “Araz Market”dən pendir aldı, kiflənmiş çıxdı: “Ayıbdır, utanın” – Qalmaqal + FOTO

“”Araz market”lər şəbəkəsinin 9 mikrorayon filialindan pendir aldım, belə çıxdı”.
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Səbuhi Məmmədli sosial şəbəkədəki hesabında bildirib.
O, foto da paylaşaraq, yazıb ki, pendir kiflənmiş çıxıb: “Artiq 3- cü dəfədir. Bir dəfə “İvanovka” çörəyi kiflənmiş çıxmışdı, bir dəfə kolbasa, indi də bu pendir. Qabdakı guya Rusiya istehsalı olan – qiyməti 17 azn kolbasanı da yeməyə qorxuram. Lift işləmir. Bu o deməkdir ki, mən bu gecə ac qalacam. Çünki ürəyim 30 dəq ərzində ikinci dəfə 9 mərtəbə qalxmağa imkan verməz”.
Jurnalist daha sonra market rəhbərliyinə səslənib: “Ayıbdır, utanın. Maddi ziyanınız gərək deyil, şəkər xəstəsi olan birisini ac qoymağınızı, bağışlamayacam”.
Məsələyə reaksiya verən “Araz Merket”in sözçülərindən Billurə Əmirova isə belə yazıb: “Səbuhi müəllim bizim daimi müştərimizdi. Gözümüz üstə yeri var. Çox təəssüf ki, belə bir halla qarşılaşıb. Bu məsələ mütləq araşdırılacaq. Sizin ac qalmanıza da razı olmarıq”.
Əmirovanın sonuncü cümləsinə isə jurnalist maraqlı cavab qaytarıb: “Necə yəni ac qalmanıza razı olmarıq? Mənim dostlarım və əməkhaqqım imkan verir ki, mən ac qalmayım. İfadənizə diqqət edin, o debil marketləri də normal işlədin”.
“Arazın sözçüsü daha sonra ifadəsinə görə üzr istəyib: “Səbuhi müəllim, ifadəm xətrinizə dəydisə, üzrlü hesab edin”…
Mia.az

Həmçinin oxuyun

Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək

Koronavirus pandemiyası bir sıra sahələrdə qiymət artımına səbəb olsa da, bəzi sahələrdə qiymətlərin enməsinə kömək …