Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / JURNALİST ARAĞI NİYƏ TƏRGİDİB? : “Tonlarla araq içən Aqil Abbasa “yeyib içən”, mənə  isə “alkaş” deyillər…”

JURNALİST ARAĞI NİYƏ TƏRGİDİB? : “Tonlarla araq içən Aqil Abbasa “yeyib içən”, mənə  isə “alkaş” deyillər…”

Mətbuat aləmində hamının “Uzun Nüsrət” kimi tanıdığı və daim “Azərbaycan ” Nəşriyyatının bufetində araq içən kimi yadında saxladığı  tanınmış jurnalist  Nüsrət İsaoğlunun spirtli içkilərlə  birdəfəlik vidalaşdığı deyilir. Ömrünün böyük hissəsini  “Kirpi” satirik jurnalına həsr edən  Nüsrət İsaoğluya təsadüfən  “uzun” demirlər. Onun boyunun hündürlüyü 2 metrdən artıqdır. Mətbuatda nadir rast gəlinən bu parametr onu daha da yaddaqalan edir.  Qeyd edək ki, Nüsrət İsaoğlunun “arağa yox!” deməsinə bir çox həmkarları inanmayıb. Onu yaxından tanıyan jurnalistlərdən biri saytımıza bildirdi ki, nəyə desələr inanar, ancaq Nüsrətin araqla vidalaşmağına qəti inanmaq istəmir: “Nüsrətdən belə sözləri çox eşitmişik, 10 gündən sonra yenə “vurmağa” başlayacaq”.

aqil

Azinforum.az Nüsrət İsaoğlunun özündən bu xəbərə münasibət öyrənib. Jurnalist həqiqətən də spirtli içkilərin “daşını atdığını” bildirdi:

pol

 

“Dekabrın 31-də sonuncu dəfə tək 750 qramlıq arağı içdim. Bulvardakı restoranda məndən – bir şiş kababa, bir şiş kartofa və bir dənə arağa 85 manat “şot” istədilər. Həmin gün içki barədə çox düşündüm və içdiyim arağın butulkasına baxıb dedim ki, bu gündən səninlə yollarımı ayırıram. Mənim içkini tərgitməyim yalnız maddi amillə bağlı deyil. Bu məsələdə mənəvi tərəflər daha çoxdur.  Təsəvvür edin ki, Aqli Abbas və ya Polad Qasımovdan çox araq içən yoxdur, ancaq onlara hamı xoş üzlə “nuş olsun” deyir. Sanki belə də olmalıdır. Mənə isə “alkaş” kimi baxırlar. Nədir, mən onlardan pis oğlanam? Bəli, qəbul edirəm ki, onların pulu məndən çoxdur. Bu cəmiyyətdə araq içən varlıya “yeyib içən”, kasıba isə, “alkaş” kimi baxırlarsa, mən içkiyə “poka” deyirəm”.

M.MİRZƏ

Azinforum.az

 

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın