Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / JURNALİST ALTERNATİVİNDƏN AYTƏN MUSTAFAYEVAYA SƏRT KORRUPSİYA İTTİHAMI: “ÇIX QANUN QARŞISINDA CAVAB VER”

JURNALİST ALTERNATİVİNDƏN AYTƏN MUSTAFAYEVAYA SƏRT KORRUPSİYA İTTİHAMI: “ÇIX QANUN QARŞISINDA CAVAB VER”

Azinforum.az  xəbər verir ki, son seçkilərdə AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva ilə alternativ olan – tanınmış jurnalist Taleh Şahsuvarlı rəqibi barədə sosial şəbəkədə sərt ittihamla dolu yazı paylaşıb. Aytən Mustafayevanın da cavab haqqını tanımaqla həmin fikirləri olduğu kimi təqdim edirik: 

“Seçki kampaniyası dönəmində çox əhəmiyyətli bir məsələnin üstünü açdıq. Məlum oldu ki, Azad Şirniyyat İstehsalat Birliyi adlanan biznes qurumu AMEA İnsan Hüquqları İnstitutunun rekvizitlərindən istifadə edir. İnstitutun direktoru “dövlət büdcəsindən maliyyələşən elmi müəssisənin rekvizitləri 26 mağazası olan bir şirkətin saytında nə gəzir” sualına hələ də cavab verməyib.

taleh

Necə olur, kazinoda çəkilmiş şəkilləri mətbuatda yayınlanınca “şəxsi həyatıma müdaxilədir” deyə hay-həşir saldı, amma ictimai maraqlar baxımından daha vacib məsələyə münasibət belə bildirmək istəmədi. Bəli, dövlət büdcəsindən maliyyələşən təşkilatın rekvizitlərinin biznes maraqlarına xidmət etməsi aşkar korrupsiya nümunəsidir. Zira bu məsələyə bu günə qədər AMEA da, Vergilər Nazirliyi də, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi də izahat verməyib. Onları başa düşmək olar- dövlət qurumlarıdırlar, bürokratik mexanizmlər var və s. Amma hanı Prezident İlham Əliyev ictimai nəzarətin vacibliyindən danışanda dövlət başçısının mövqeyini dəstəkləmək üçün sıraya düzülənlər? Niyə biri “ictimai nəzarətçi” funksiyasını öz üzərinə götürmək, “Aytən Mustafayeva, sənin AMEA-nın institutunu şirniyyat şirkəti kimi işlətməyə heç bir haqqın yox, çıx cəmiyyət qarşısında, qanun qarşısında cavab ver” deməyə cəsarət eləmir?

Tamam, onları da anladıq, Aytən Mustafayeva yıxılanlar sırasında deyil, yenidən deputat mandatına sahib olub. Amma korrupsiya barədə faktlar axtaran, ayrı çağ məni bu cür “ağrılı məsələləri” görməzlikdən gəlməkdə suçlayan ictimai fəallar, saytlar niyə susur? Mən AMEA-nın sözügedən institutunun timsalında Azərbaycan elminin, bir elmi tədiqat müəssisəsinin necə məhv edilməsi barədə konkret fakt ortaya qoyanda həmin cameənin mənsubları mənim seçim plakatımı kollaj etməklə məşğul idilər. Dəyərlərdən, prinsiplərdən, ictimai maraqlardan xəbərsiz həmin namussuzlar, biqeyrətlər topluluğunun əlində mənə qarşı ən böyük “kompromat” seçim plakatım idi, başa düşürsünüzmü?

Demək ki biz şərəfimizlə yaşamışıq, mövqeyimizlə önə çıxmışıq, kimsənin haqqını tapdamamış, kimsənin balasının çörəyinə bais olmamışıq. Nədən rahatsız idiniz: Milli Məclisdə Azərbaycan elmini bərbad edən, millət vəkili statusundan şirniyyat şirkətini inkişaf etdirmək üçün yararlanan, xalqdan uzaq bir nəfərin yerini tutacaqdım. Niyə sancılanırdınız? Təki “Cəmil Həsənlinin siyahısı doğru çıxsın” deyəmi? Çıxdı, sevindiniz. Amma nəyə? Bir fikirlə tamamilə şərikəm ki, insanlar artıq həqiqətə deyil, özlərinə sərf edənə inanmaq istəyir. Bu da həqiqətin korrupsiyasıdır. Və… həqiqət korrupsionerləri olan həmin təbəqə korrupsiyadan elə korrupsiya naminə- qrant yemək üçün- danışır”.

Azinforum.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın