Bazar ertəsi , May 20 2019
Ana səhifə / Aktual / Jurnalistə qarşı virtual erməni tələsi

Jurnalistə qarşı virtual erməni tələsi

“Yeni Müsavat” Medi Qrupunun əməkdaşı Elşən Məmmədəliyevə qarşı facebook üzərindən böhtan xarakterli məlmatlar yayılır.

Jurnalist həmçinin təhqir olunur. E.Məmmədəliyevin musavat.com-a bildirdiyinə görə, onun haqqında Agridag İrevan adlı profildən böhtan və söyüş xarakterli məlumatlar yayılır.

“Həmin profildən bu gün günorta mənə mesaj yazıldı. “Yeni Müsavat” qəzetində çalışıb-çalışmamağım haqda suallar verdi. Sonradan sosial şəbəkədə olmadım. Bir qədər əvvəl isə jurnalist dostlar yazdılar ki, həmin profil guya mənim hansısa bir erməni ilə gizli yazışmamı ortaya qoyub. Bu böhtanın kim tərəfindən edildiyini bilmirəm. Bütün facebook dostlarımdan xahiş edirəm ki böhtana uymasınlar. Hüquq mühafizə orqanlarından xahişim budur ki, məsələni araşdırsınlar. İş günü olmadığından sabah hüquq mühafizə orqanlarına məlumat verərək tədbir görülməsini xahiş edəcəyəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a bildirilib ki, sabahdan etibarən bu məsələ nəzarətə götürüləcək.

Həmçinin oxuyun

Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi

Dələduzluğa görə tutulan Qədim Ədilovun atasından “Yeni Müsavat”a ilginc açıqlamalar Tikinti materialları, özəlliklə taxta-şalban biznesi …