Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / JuHI beynəlxalq təşkilatlara müraciət etdi – İTV əməkdaşlarının atəşə tutulması ilə bağlı

JuHI beynəlxalq təşkilatlara müraciət etdi – İTV əməkdaşlarının atəşə tutulması ilə bağlı

 Jurnalistlərin Həmkarlar İtifaqı (JuHİ)  İctimai Televiziya  əməkdaşlarının Tərtər rayonu ərazisində Ermənistan  silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə əlaqədar beynəlxalq jurnalist təşkilatlarına müraciət edib.

JuHİ mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətdə qeyd edilib ki, “Azərbaycan ictimai televiziyasının əməkdaşları  Azərbaycan –Ermənistan cəbhə xəttində  Ermənistan silahlı qüvvələri tərəfindən  atəşə məruz qalıblar:

“Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında  saxlanılan Azərbaycan ərazilərində reportaj hazırlayan İctimai  TV əməkdaşları, Tərtər rayonu ərazisində qəflətən Erməni silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Şirkətə məxsus avtomobil silahlı hücum nəticəsində yararsız hala düşüb, TV əməkdaşları özləri isə çevik manevrlər edərək atəş altından çıxmağı,  sağ qalmağı bacarıblar”.

JuHİ bildirir ki, İctimai TV-nin əməkdaşları və onların istifadə etdikləri avtomobil  hücuma məruz qalarkən,  əməkdaşların əyinlərində press  uniforması,  avtomobilin üzərində isə İctimai TV-yə məxsus loqo və digər tanınma nişanları olub: “Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri jurnalistləri atəşə tutmaqdan çəkinməyiblər”.

JuHİ müraciətdə qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan jurnalistlərinə qarşı törədilən ilk və son hadisə deyil, bənzər hallar intensiv şəkildə baş verir: “Bunu nəzərə alaraq, JuHİ beynəlxalq jurnalist  təşkilatlarına müraciət edərək, Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində 27 sentyabr 2020-ci il tarixdən etibarən yenidən  başlanmış döyüşlərlə əlaqədar  jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atmağa çağırır”.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …