Ana səhifə / Aktual / “İyrənc üsullarla məhkəməni udmağa müvəffəq olmusan…” – Xəzər rayon Məhkəməsindən şikayət

“İyrənc üsullarla məhkəməni udmağa müvəffəq olmusan…” – Xəzər rayon Məhkəməsindən şikayət

Bakı şəhər Nəsimi rayonu Üzeyir Hacıbəyov küçəsi 57, mənzil 239 ünvanında yaşayan Abdullayeva Çimnaz Nurulla qızı redaksiyamıza ünvanladığı məktubunda məhkəmə orqanlarının haqsızlığından gileylənir. Xəzər rayonu Buzovna qəsəbəsi Ordubadi 25 ünvanındakı həyətində qonşusunun qanuna zidd olaraq, sərhəd hasarı üzərində ev tikməsi və onun həyətinə pəncərə qoyması səbəbindən məhkəməyə müraciət edən Ç.Abdullayeva hakimlərin çıxardığı qərarların nə qanunlara, nə də ədalətə xidmət etmədiyini yazır.

İşə baxan Xəzər rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun məsələyə obyektiv yanaşmadığını bildirən şikayətçi, hətta protokolun saxtalaşdırıldığını iddia edir. Bundan sonra Apellyasiya məhkəməsinə üz tutan xanım burada da haqq-ədalətin bərqərar olunmadığını bildirir. Məktubda deyilir ki, məhkəmə texniki ekspertiza keçirilməsinə dair qərar çıxarıb.

İddiaçının bildirdiyinə görə, ekspert rəyi reallığı ortaya çıxarıb və şikayətin əsaslı olduğunu göstərib: “İddiam təmin edilməliydi, amma edilmədi.Məhkəməyə sədrlik edəın Fuad Talışinski olsa da, onun solunda əyləşmiş Azad İmanovun canfəşanlığı diqqət çəkirdi. Pəncərənin hansı maneə yaratmasına dair suala cavab olaraq bildirdim ki, biz qonşu ilə ayrı-ayrı ünvanlarda yaşayırıq, nə şərikli malımılz var, nə də bölünəsi mülkümüz. Həmin pəncərə ilə üzbəüz hamam, ayaqyolu və s. tikdirmək istəsəm, dilemma qarşısında qalmalıyam? Azad İmanov özü necə, ona məxsus həyətdə bu kimi özbaşınalığa laqeyid qalardımı?”

Bir sözlə, məhkəmə bu dəfə də şikayəti təmin etməyib: “Belə çıxır ki, başqasının həyətində kim nə istəsə edə bilər və ona “gözün üstündə qaşın var” deyən olmayacaq. Çünki iyrənc üsullarla məhkəməni udmağa müvəffəq olmusan…”

İddiaçı qeyd edir ki, məhkəmələr hər dəfə onun hüquqmüəyyənedici sənədlərinin və subyektiv hüququnun olmamasını əsas gətirib. Ona görə də, Ç.Abdullayeva 12.07.2017-ci il tarixdə həmin həyətini DƏDRX-də qeydiyyatdan keçirərək, çıxarış alıb. Ancaq məhkəmənin əvvəl bəhanə gətirdiyi sənədi almasına rəğmən, şikayətçinin məhkəməyə növbəti müraciəti də rədd edilib :”Xəzər rayon məhkəməsinə 3-cü dəfə artıq mülkiyyətçi kimi iddia ərizəsi verdim. Əlahəzrət fakt və sübutlar göz önündə olsa da, iddiaya bu dəfə də xitam verilərək, qərardad çıxarıldı”.

Sonda Ç.Abdullayeva növbəti dəfə Xəzər rayon məhkəməsinə müraciət edərək, 29 may 2018-ci il tarixli qərardadın ləğv olunmasını xahiş etdiyini bildirir.

AzPolitika.info

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …