Çərşənbə , İyun 29 2022
Ana səhifə / Aktual / İTV-nin keçmiş sədr müavininə AzTV-də vəzifə verildi – Rövşən Məmmədovdan yeni təyinatlar

İTV-nin keçmiş sədr müavininə AzTV-də vəzifə verildi – Rövşən Məmmədovdan yeni təyinatlar

AzTV- nin ABŞ və Mərkəzi Amerika ölkələri üzrə bürosuna yeni təyinatlar olub.

BakuPost xəbər verir ki, bununla bağlı televiziyanın sədr əvəzi Rövşən Məmmədov əmr imzalayıb. Əmrə əsasən həmin büroya tanınmış jurnalist Şaiq Məmmədov rəhbər, Elgün İbrahimov isə operator təyin olunublar.
Xəbəri AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov BakuPost-a təsdiqləyib.

 Şaiq Məmmədov 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Məmmədov AzTV rəhbər kimi çalışdıqdan sonra kanalın simasında xeyli dəyişikliklər edib, ciddi kadr islahatları aparıb, yeni layihələrə start verib.

Həmçinin oxuyun

Özünü binadan atdığı deyilən ginekoloqun qardaşı açıqladı: “Əlimdə videofakt var ki…”

Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur.  Məlumata görə, ginekoloq özünü …