Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / İTV-dən bayraq açıqlaması

İTV-dən bayraq açıqlaması

Dünən İsraildə baş tutan “Eurovision”un ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması tənqidlərə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bu səhvə görə, Azərbaycan nümayəndə heyətini qınayıb. 

İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov məsələyə münasibət bildirib:

“Təxribat olub-olmadığını dəqiq bilmirik. Faktiki olaraq təşkilatçıların səhvidir. Biz bayrağın tərsinə qoyulmasını görəndən dərhal sonra Hüsniyyə Məhərrəmova və Çingiz Mustafayeva məlumat verdik. Onlar tədbir gördülər”. 

Həmçinin oxuyun

“Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq” – Ermənistanın ilk Baş Naziri

Ermənistanın ilk baş naziri və ikinci müdafiə naziri, “Milli Demokratik Birlik” partiyasının sədri Vazqen Manukyan Ermənistan …