Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir?

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir?

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıblar. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılıb. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.

Xezerxeber.az xəbər verir ki, hərbi ekspert Rəşad Süleymanov deyir ki, Azərbaycan 2011-ci ildən pilotsuz uçuş aparatlarının istehsalına başlayıb.

Əvvəllər həmin PUA-nın adı kamikadze ”Zərbə” olub. Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində daha sonra həmin silaha ”iti qovan” adı verilərək seriyalı istehsalına başlanıb.

Qeyd edək ki, ”iti qovan” adı verilən kamikadze PUA 5 saata qədər havada qala bilir.

Ekspert deyir ki, qurğuda xüsusi mini optik izləmə kamerası yerləşdirilib. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bundan başqa ”iti qovan”ın daha bir neçə üstünlükləri də var.

Qeyd edək ki, həmin pualar Silahlı Qüvvələrin arsenalında var və Ermənistan ordusunun texnika və canlı qüvvəsinin məhv edilməsində müstəsna rol oynayır.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …