Şənbə , Fevral 27 2021
Ana səhifə / Aktual / İstirahət günlərində yol qəzalarında 7 nəfər ölüb

İstirahət günlərində yol qəzalarında 7 nəfər ölüb

Avqustun 31-dən sentyabrın 2-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 33 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Həmçinin oxuyun

“Sabah Nəcməddin Sadıkovun hansı qiyafədə peyda olacağı bəlli deyil”

Ermənistanın Ordusunun Baş Qərargah rəisi hərbi çevrilişə cəhd etdi. Hələ ki, baş nazir Nikol Paşinyan …