Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / İstintaq Moskvada azərbaycanlılara hücum edən ermənilərin tutulmasını tələb edir

İstintaq Moskvada azərbaycanlılara hücum edən ermənilərin tutulmasını tələb edir

İstintaq Moskvanın cənubunda baş verən kütləvi davada iştirak etməkdə ittiham olunan 5 nəfərin həbs qətimkan tədbirinin istintaq təcridxanasına göndərilməsini tələb edir.

Bu barədə “TASS”a Moskvanın Nikulinski Məhkəməsində müvafiq ərizələrin qəbul olunduğu məlumat verilib.

“Məhkəməyə bir qrupun xuliqanlıq iddiasında Nikoyan S. M., Nikoyan A. A., Petrosyan A. P., Petrosyan N. Sh. və Apreyan A. A. şəxslərlə əlaqədar həbs qərarı daxil olub”, – məhkəmədən bildirilir.

Xatırladaq ki, iyulun 24-də bir qrup erməni Moskvanın cənubunda yerləşən “1001 gecə” adlı azərbaycanlının restoranına hücum ediblər. Təcavüzkarlar metal dəmirlərlə stulları sındırıb və lövhələri qırıblar. Ertəsi gün Moskvanın cənubunda ermənilərlə azərbaycanlılar arasında daha bir kütləvi dava baş verib. Virtualaz.org

Həmçinin oxuyun

“Nəcməddin Sadıkov hərbi xidmətdə deyil” – Müdafiə Nazirliyi

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb. Müdafiə …