Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / İstefaya gedən “baş nazir” Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı

İstefaya gedən “baş nazir” Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı

Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qanunsuz hərbi-polis rejiminə etiraz olaraq ötən həftə başlayan etirazlardan sonra dünən istefaya gedən qondarma “dqr dövlət naziri”, yaxud “baş nazir” statusunu daşıyan Araik Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarında talançılıqla məşğul olduğunu etiraf edib.

Arutyunyan ötən gün mətbuat konfransı keçirib, istefasının səbəblərinin qondarma rejimə qarşı etirazlar olmadığını deyib. Bildirib ki, Bako Saakyanla görüşəndən sonra istefa vermək qərarına gəlib və əgər Dağlıq Qarabağda digər vəzifəli şəxslər də öz fəaliyyət stilini dəyişməsə onlar ictimaiyyətin təzyiqləri ilə istefa verməli olacaqlar.

Arutyunyan “baş nazir” olmazdan əvvəl Dağlıq Qarabağın ən iri oliqarxlarından biri idi. “Azadlıq” radiosunun erməni xidmətinin müxbiri ondan biznesi barədə soruşub, xalq arasında dolaşan məlumatları xatırladıb.

Araik Arutyunyan deyib ki, “baş nazir” təyin edilənə qədər həqiqətən Dağlıq Qarabağda ən iri biznesmen idi. “K-Telekom”, “Artsax qaz”, Drımbon mis-qızıl yataqları ona məxsus olub.

“2006-cı ildə işçilərimin sayı 700-dən çox idi. Amma baş nazir təyin olunandan sonra mən bizneslə məşğul olmuram. Kənd təsərrüfatı və torpaq becərilməsi sahəsinə gəldikdə. Mən Cəbrayılda torpaqları əkib-becərməyə başladım, hansı ki, insanlar hələ də ora getməyə qorxur. Mən isə 2000-ci ildən orada torpaqları əkib-becərirəm. İlk dəfə Ağdamda 1997-ci ildə torpaqları becərməyə başlamışam,  o vaxt çoxları Ağdamın yerini heç xəritədə göstərə bilmirdi. Sonra Martuni şərab zavodunun və “Qırmızı bazar”ın özəlləşdirilməsində iştirak etdim”-Araik Arutyunyan deyib.

Habelə Arutyunyan deyib ki, Xankəndindəki “Nairi” univermağının sahibidir və həmin univermağı bu yaxınlarda qızının 16 yaşı tamam olması münasibətilə ona hədiyyə edib.

Arutyunyan Cəbrayıl və Füzuli rayonları ərazisində neçə hektar torpaq zəbt etdiyini açıqlamayıb. Amma deyib ki, bu torpaqları əkib-becərmək istəyənlərə verməyə hazırdır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …