Ana səhifə / Aktual / İstanbuldan Bakıya uçmalı olan sərnişinlər digər aeroporta çatdırılacaq

İstanbuldan Bakıya uçmalı olan sərnişinlər digər aeroporta çatdırılacaq

Sabiha Gökçen aeroportunda baş vermiş insident səbəbindən “Buta Airways”in J2-9103 nömrəli reysinin sərnişinləri İstanbul hava limanına çatdırılacaq.

“Qafqazinfo” bildirir ki,  bu barədə “Buta Airways” Feysbuk hesabında məlumat verib. 

Qeyd edilir ki, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar.

Xatırladaq ki, “Pegasus” hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən “Boeing 737-800” təyyarəsi dəniz üzərindən Sabiha Gökçən hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər həyatını itirib, 179 nəfər xəstəxanalıq olub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …