Ana səhifə / Aktual / İstanbuldakı baş konsulumuz millət vəkilinin ittihamına cavab verdi: “Mümkün deyil…”

İstanbuldakı baş konsulumuz millət vəkilinin ittihamına cavab verdi: “Mümkün deyil…”

Parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasında millət vəkili Fazil Mustafa Azərbaycanın İstanbuldakı baş konsulunun fəaliyyəti haqqında ittiham dolu çıxış edib. O baş konsulluğun orada alverlə məşğul olaraq Türkiyəyə oxumağa gedən tələbələrin sənədlərinin notarial təsdiqi məsələsində süni əngəl yaradılaraq onlardan əlavə haqq tələb edildiyini bildirib. Onun sözlərinə görə, baş konsulluq tələbələrin təqdim etdikləri notarial qaydada təsdiqlənmiş sənədləri qəbul etməkdən imtina edir və onları şərik olduqları notariat kontoruna göndərir, bu zaman tələbələr əlavə olaraq 1300 TL(650 manat) xərcə düşürlər.

Moderator.az millət vəkilinin Milli Məclis tribunasından səsləndirdiyi ittihamla bağlı Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevlə əlaqə saxlayıb.
Baş konsul deputatın iddialarını təkzib edib və belə bir halın baş verməsinin mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, burada hansısa anlaşılmazlıq olub və ya kimlərsə məqsədli şəkildə konsulluğun nüfuzunu aşağılamaq niyyətilə belə dezinformasiya buraxıb millət vəkilinə yanlış infornmasiya veriblər:
“Əksinə, biz hər zaman tələbələrə qarşı ayrıca həssasiyyət nümayiş etdirməyə çalışmışıq və onların üzləşdirkləri hər bir problemin qısa zamanda yerindəcə araşdırıb yoluna qoyulmasına çalışmışıq. Onları vaxtaşırı tədbirlərimizə dəvət edirik və baş konsulluqla hər zaman qaynayıb-qarışması üçün əlimizdən gələni əsrigəmirik. Odur ki, bizim onların sənədlərində hansısa süni problem yaratmağımızla bağlı iddianı eşidib çox pərişan oldum və özüm millət vəkili ilə ayrıca əlaqə saxlayıb məsələyə aydınlıq gətirilməsinə çalışacam. Ola bilsin kimlərsə Fazil Mustafaya təhrif olunmuş məlumatlar veriblər. Əgər konsulluğun hansısa əməkdaşı belə bir qanunsuzluğa yol vermiş olsaydı tərəddüd etmədən özüm onu  cəzalandırıraq dərhal geri göndərərdim”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …