Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / İstanbul: hava limanında baş verən partlayışın səbəbləri hələ məlum deyil

İstanbul: hava limanında baş verən partlayışın səbəbləri hələ məlum deyil

İstanbul şəhərinin qubernatoru Vasip Şahin bildirib ki, “Sabiha Gökçen” hava limanında baş verən partlayışın səbəbi hələlik məlum deyil. 
“Report” “NTV” telekanalına istinadən xəbər verir ki, qubernatorun sözlərinə görə, mütəxəssislər hadisə yerində araşdırmaları davam etdirirlər.
Hadisə zamanı yaralanan hər iki qadının təmizlik şirkətinin işçiləri olduğu qeyd olunur. Onlardan birisinin başından digərinin isə qolundan yaralandığı bildirilir.
Təhlükəsizliyi təmin etmək məqsədi ilə hava limanının ərazisinə daxil olan bütün avtomobillər yoxlanılır.
Qeyd edək ki, bu gün səhər İstanbulun “Sabiha Gökçen” hava limanında partlayış baş verib.
NTV” telekanalının xəbərinə görə, partlayış Bakı saatı ilə 04.05-də baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılardan birisinin – 30 yaşlı Zehra Yamacın vəziyyətinin ağır olduğu bildirilir.

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …

Bir cavab yazın