Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Aktual / İsmayıllıya yeni prokuror təyin edilib

İsmayıllıya yeni prokuror təyin edilib

İsmayıllıya yeni prokuror təyin edilib.

APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tural Yusifova İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

T. Yusifov buna qədər baş prokurorun böyük köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib. Ü. Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs edilib.

Həmçinin oxuyun

Aytəkin Alxaslı təltif olundu – Foto

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hazırda işsiz olan jurnalist Aytəkin Alxaslını təltif edib.  …