Cümə , Sentyabr 25 2020
Ana səhifə / Aktual / İsmayıllıda toyda 33 nəfər zəhərlənib

İsmayıllıda toyda 33 nəfər zəhərlənib

İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib.

“Səhər saat 9.30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərər bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər”, nazirlikdən bildirilib.

Həmçinin oxuyun

Azərbaycanda da insanlar “çipləşdiriləcək”? – TƏBİB-dən açıqlama + VİDEO

“Çipləşdirmə, yəni nişanlama məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib. Yəqin insanlar ona görə bu …