Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İsmayıl Ağayev Əjdər Tağızadəyə 1993-cü ildə çəkilən VİDEO ilə  CAVAB verdi

İsmayıl Ağayev Əjdər Tağızadəyə 1993-cü ildə çəkilən VİDEO ilə  CAVAB verdi

Bir müddət əvvəl, DAK-dan uzaqlaşan Əjdər Tağızadənin verdiyi son  müsahibə Azərbaycan cəmiyyətində bomba effekti yaratmış oldu. O, həmin müsahibədə DAK Azərbaycan Nümayəndəliyinin rəhbəri İsmayıl Ağayevin də ünvanına sərt ittihamlar səsləndirib. Həmin müsahibədən sitat:

“İsmayıl Ağayev bir vaxtlar polis rəisi olub, camaata qan uddurub. Elə qatı cinayətkar odur. Heydər Əliyev də onu Azərbaycanın düşməni adlandırmışdı. İndi Sabir bu adamı Azərbaycan nümayəndəsi kimi DAK-a gətirib. Hansı etika, hansı anlayışla? Bunun başına su töküb, cinayətini təmizləyirsən? İsmayıl Ağayevi DAK-dan uzaqlaşdırdıq. Nazim İbrahimov da onun DAK-a gəlməsindən razı qalmamışdı. O, müxalifətçi də deyil, heç özü də bilmir kimdir… Hələ həbsdə də yatıb…”

Qeyd edək ki, DAK rəhbərliyi Əjdər Tağızadəni səsləndirdiyi fikirlərə görə məhkəməyə verməyə hazırlaşır.  DAK-ın Azərbaycan Nümayəndəliyi də, ayrıca bəyanatla Əjdər Tağızadəyə sərt cavab verib.
Nümayəndəliyin rəhbəri İsmayıl Ağayev öz Facebook hesabında Əjdər Tağızadə barədə sərt fikirlər yazıb. Onu və qardaşını cinayətkar adlandırıb: “Əjdər və qardaşı gec-tez qanun qarşısında cavab verəcəklər”.
İsmayıl Ağayev həmçinin 1993-cü ildə mərhum prezident Heydər Əliyevin çağrışı ilə bütün qohumlarını başına yığaraq cəbhəyə  necə yollanmasının videogörüntülərini paylaşıb. Azinforum.az həmin videonu təqdim edir:
 Rövşən ƏLİ

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın