Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / İşıqsız Bakı – VİDEO

İşıqsız Bakı – VİDEO

Ötən gecə Bakı və Azərbaycanın əksər rayonları işıqsız qalıb.

“Report” mövzu ilə bağlı Bakı şəhərindən hazırladığı videomaterialı təqdim edir.

Qeyd edək ki, ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb Mingəçevirdəki “Azərbaycan” İES-də qəzanın baş verməsi olub. Gecə saatlarında hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Yol polisi işıqforların işləməməsi səbəbindən paytaxt yollarında nəqliyyatın hərəkətini tənzimləyib.

Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb. Qəza metrostansiyaların da fəaliyyətində çətinliklər yaradıb. Yaranmış problemlər aradan qaldırılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …