Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / İşıq limitinə baxılması üçün araşdırmalar aparılır

İşıq limitinə baxılması üçün araşdırmalar aparılır

“Təbii qazın güzəştli tariflə illik istehlak limitinə baxıldı, işıq limitinə baxılması üçün araşdırmalar aparılır”.

” Azinforum.az ” xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, işıqla bağlı məsələnin həllini tapması üçün ciddi təhlillər aparılmalıdır:

“Bu təhlillər aparılmadan, limitin artırılması düzgün deyil. Yayda və qışda istehlak olunan enerjiyə artan tələbat nəzərə alınaraq, qərar verilməlidir”.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …