Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Aktual / İşığın, qazın da qiyməti qalxacaqmı – Açıqlama

İşığın, qazın da qiyməti qalxacaqmı – Açıqlama

Ötən gündən etibarən əhali üçün içməli suyun qiyməti ikiqat hesablanmağa başladı. Tarif Şurasının iclasında “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Qeyd edək ki, bir müddət əvvəl, yəni yanvarın əvvəlində Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilmişdi.

Bu qiymət artımlarından sonra isə əhali arasında narazılıq yaranıb. Artıq elektrik enerjisinin və təbii qazın da qiymətinin artırılacağı ilə bağlı iddialar səsləndirilir.

Əhali qiymət artımına necə reaksiya verir? Bunu öyrənmək üçün sorğu keçirdik.

Bizimlə söhbətdə 70 yaşlı Zərifə Məmmədova dedi ki, aldığı pensiya kommunal xərclərin ödənməsi və digər məişət problemlərinin həll edilməsi üçün çox azdır: “Suyun qiymətini artırdılar, heç olmasa pensiyaları da artırsınlar. Hələ deyirlər, qazın, işığında qiyməti qalxacaq, nə edəcəyik bilmirəm”.

“Atam Qarabağ əlilidir, təqaüdü 120 manat artdığı üçün sevinirdi. Dükanlarda artan qiymətlər bir yandan, bu gün də suyun qiyməti iki dəfə qalxdı, sevinci ürəyində qaldı”.

Bu fikirlər evdar qadın Asiman Əliyevaya məxsusdur. O, ailəsinin maddi durumuna görə narahatlığını bildirir: “İndi hesablayırıq, əlimizdə ayın sonuna kimi pul qalmır. Belə qiymətləri artırırlarsa,  maaşları, pensiyaları da artırsınlar. Qiymətlər bu gedişlə kəllə-çarxa qalxacaq”…

Bəs benzin və suyun ardınca elektrik enerjisinin, təbii qazın qiymətinin artacağı haqda iddialar doğrudurmu? Mövzu ilə bağlı aidiyyəti qurumlardan mövqe öyrənməyə çalışdıq.  

Mənzillərə verilən qazın “nəfəsini” niyə kəsiblər – “Azəriqaz” deyir ki...  Ayna.az

“Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirdi ki, bu məsələyə qurumun münasibət bildirməsi düzgün olmaz: “İstər su, istər işıq, istər qaz, bunların tariflərinin müəyyənləşdirilməsi səlahiyyəti Tarif Şurasındadır. Biz tərəfdən belə bir təklif verilmir, çünki biz Dövlət Neft Şirkəti (SOCAR) struktur vahidiyik. Ondan əlavə, Tarif Şurası hansı qərarı verirsə, o qərar əsasında da digər qurumlar fəaliyyətini qurur”.   

Məlumat üçün bildirək ki, SOCAR yanvarın əvvəlində  Tarif Şurasına təbii qazın satış qiymətinin artırılmasını təklif etmişdi. Tarif Şurası isə təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməmişdi.

Vaqif Aydınoğlu ATV-də yüksək vəzifəyə gətirildi, iki serial dayandırıldı -  Modern.Az Azərbaycan və dünya xəbərləri

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu da mövzu ilə bağlı bunları deyib: “Bununla bağlı bizim nə isə deməyimiz düzgün olmaz. Bu, Tarif Şurasının səlahiyyətində olan məsələdir”. 

“Azərenerji” ASC-nin sözçüsü Teymur Abdullayev də mövzu ilə bağlı açıqlama verə bilməyəcəyini bildirib: “Bu sual bizə ünvanlanmamalıdır”.

İbrahim Məmmədov: Bakıda restoranların fəaliyyətinə qoyulan qadağa aradan  qaldırılmayıb VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, elektrik enerjisinin və qazın satış qiymətinin artırılacağı ilə bağlı məlumatı yoxdur: “Bununla bağlı heç bir məlumatım yoxdur”.

Həmçinin oxuyun

Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini təyin etdi – TƏHSİLDƏ VƏRƏSƏLİK

Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) …