Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Aktual / İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı – Foto

İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı – Foto

Lənkəran şəhərində vətəndaş onun işığını kəsən “Azərişığ”ın əməkdaşının maşınını yandırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhər sakini Sabir Əliyev evinə qanunsuz əlavə elektrik xətti çəkib. “Azərişıq” əməkdaşı Rauf Kərimov da həmin xətti kəsərək bununla bağlı akt tərtib edib.

Sabir Əliyev bundan əsəbiləşərək Rauf Kərimova məxsus, “Ləvəngi dairəsi” adlanan ərazidə saxladığı “VAZ 21015” markalı avtomobilin üzərinə benzin tökərək yandırıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər maşını söndürüblər.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Həmçinin oxuyun

Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı – Rəsmi açıqlama

Sosial şəbəkələrdə valideynin uşaq bağçasında tərbiyəçini döyməsi ilə bağlı videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi də …