Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İŞİD Tunisdəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD Tunisdəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

ishİŞİD terror qruplaşması Tunisin paytaxtındakı muzeyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, martın 18-də hərbi geyimli silahlılar Tunis parlamentinin yaxınlığındakı “Bordo” muzeyinə soxularaq əcnəbi turistləri girov götürüblər. Hücum zamanı muzeydə 200-dək turist olub.

Terror aktı nəticəsində 20-si turist olmaqla 23 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Terrorçulardan ikisi məhv edilib.

 

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın