Şənbə , Aprel 20 2024
Ana səhifə / İŞİD silahlıları İraqda qədim katolik monastırı məhv ediblər

İŞİD silahlıları İraqda qədim katolik monastırı məhv ediblər

İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul əyalətində qədim katolik monastırı partladaraq yerlə yeksan ediblər.

“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail şahidlərə istinadən məlumat yayıb. Hadisə yerində güclü partlayışın törədildiyini bildirən yerli sakinlər sosial şəbəkələrdə abidənin qalıqlarının əks olunduğu fotoşəkilləri paylaşır.

“Mar Benham” monastırı bizim eranın IV əsrində övladlarını (oğlu Benham və qızı Sara) xristian dinini qəbul etdiklərinə görə qətlə yetirən Assuriya çarı Senhareb tərəfindən peşmanlıq rəmzi olaraq tikilib. Monastır keçən ilin iyulunda terrorçuların nəzarətinə keçib.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın