Ana səhifə / Aktual / İşdən çıxarılacağı gözlənilirdi, general-leytenant oldu

İşdən çıxarılacağı gözlənilirdi, general-leytenant oldu

Ukraynada prezident postundan getməyə hazırlaşan Petro Poroşenko 24 nəfərə general rütbəsi verib. 

“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, təltif edilənlər sırasında adı korrupsiya qalmaqalında hallanan bir neçə nəfər də var. Bunlardan biri isə Odessa vilayətinin prokuroru, prezidentin oğlunun 33 yaşlı dostu Oleq Juçenkodur.

Qeyd olunur ki, general-leytenant rütbəsi verilən gənc prokurorun Odessa vilayətində hökm sürən korrupsiya, özbaşınalıq, üstü açılmamış yüngül cinayətlərə görə vəzifəsindən kənarlaşdırılması gözlənildiyi halda onun bu ada layiq görülməsi birmənalı qarşılanmayıb. 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …