Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / İşdən çıxarılan tibb işçilərinin yeni videosu yayıldı

İşdən çıxarılan tibb işçilərinin yeni videosu yayıldı

Ötən həftə işdən azad edilən Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçilərinin yeni görüntüləri yayılıb. 

Azinforum.az Baku.tv-yə istinadən xəbər verir ki, onlardan ikisinin “Tik-Tok” adlı proqramda xəstəxanada çəkilən videoları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. 

Qeyd edək ki, daha əvvəl onlar Afət Fərmanqızının ifa etdiyi mahnıya çəkdikləri videoya görə işdən azad olunublar. 

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlardan bəzisi bunu əyləncə xarakterli video qəbul etsə də, böyük əksəriyyəti tibb işçilərinə yaraşan addım olmadığını hesab edib. 

Həmçinin oxuyun

“Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq” – Ermənistanın ilk Baş Naziri

Ermənistanın ilk baş naziri və ikinci müdafiə naziri, “Milli Demokratik Birlik” partiyasının sədri Vazqen Manukyan Ermənistan …