Ana səhifə / Aktual / İşdən çıxarılan Səfər Mehdiyev deyilənlərə REAKSİYA VERDİ – “Kimsə yuxuda nəsə görürsə…”

İşdən çıxarılan Səfər Mehdiyev deyilənlərə REAKSİYA VERDİ – “Kimsə yuxuda nəsə görürsə…”

Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”. 

Azinforum.az xəbər verir ki, bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Prezidentin Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdiyi Səfər Mehdiyev deyib.

Həbs olunması ehtimalı barədə iddialara gəlincə, Mehdiyev belə deyib:

”Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.

“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərini günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.

”Oldu, təşəkkür edirəm, sağolun” deyən Mehdiyev telefonun dəstəyini asıb. 

Həmçinin oxuyun

BAP hesabatı təqdim edib

Böyük Azərbaycan Partiyası 2022-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə …