Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / İşdən çıxarılan rəisin yerinə təyinat

İşdən çıxarılan rəisin yerinə təyinat

Göygöl rayon Polis Şöbəsində yeni təyinat olub. 

“Qafqazinfo”nun xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Eldəniz Həsənov Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP)  bölməsinə rəis təyin edilib. 

E. Həsənov bundan əvvəl Qazax rayon Polis Şöbəsinin DYP Bölməsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, V. Eyvazov sözügedən bölmənin rəisi Mais Məmmədovu oktyabrın 10-da vəzifəsindən azad etmişdi. 

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …