Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Aktual / İşdən çıxarılan icra başçısının ölkədən çıxışına qadağa qoyuldu – Araşdırma başladı

İşdən çıxarılan icra başçısının ölkədən çıxışına qadağa qoyuldu – Araşdırma başladı

Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Azinforum.az xəbər verir ki, Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. Artıq onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.
Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib.
Avqustun 28-də imzalanan digər sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi İbrahim Mustafayev bu vəzifəyə təyin edilib.
VIPedu.BIZ

Həmçinin oxuyun

Prezident İlham Əliyev Belarusa rəsmi səfərə gedib – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər …