Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / İşdən çıxarılan icra başçısı Feysbukda profil açdı

İşdən çıxarılan icra başçısı Feysbukda profil açdı

Bir müddət öncə vəzifəsindən azad edilən Beyləqanın sabiq icra başçısı, professor Vaqif Abdullayev sosial şəbəkələrə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, sabiq başçının bu addımı atmasında əsas məqsəd elmi fəaliyyətini ictimaiyyətə çatdırmaqdır.

Yazdığı kitablar, Yeni Azərbaycan Partiyası (YAP), büdcə gəlirləri barədə məlumat paylaşan professor yeni büdcə zərfinin gələn il sosial, iqtisadi, investisiya sahələrinə yeni uğur rəngarəngliyi qatacağını vurğulayıb.

Qeyd edək ki, V. Abdullayev 2007-2012-ci illərdə Xızı, 2012-2018-ci illərdə isə Beyləqan Rayon İcra Hakimiyyətinə başçılıq edib. Bu ayın 5-də prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …